Njde haqda filmə görə Rusiyanın Baş prokuroruna müraciət olunub

 Njde haqda filmə görə  Rusiyanın Baş prokuroruna  müraciət olunub
  28 Yanvar 2022    Oxunub:801
“Rusiya Veteranları” Ümumrusiya İctimai Hərəkatı faşist-kollaborasionist Qaregin Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokuror İqor Krasnova müraciət edib.
AzVision.az xəbər verir ki, veteranların müraciətində bu gün Ermənistan ordusunun yaranmasının 30 illiyi ilə bağlı Rusiya Erməniləri İttifaqının Moskvada “Qaregin Njde” filminin nümayişini təşkil etdiyi qeyd olunub.

“Film Böyük Vətən Müharibəsi illərində SSRİ-yə qarşı Hitlerin xidmətinə keçmiş erməni milli xadimi Qaregin Njdenin tərənnümünə həsr olunub”, - müraciətdə bildirilib.

Veteranlar qeyd ediblər ki, nasist cinayətkarlarına və onların əlaltılarına bəraət qazandırmaq cəhdləri “sadəcə tarixin saxtalaşdırılması deyil, həm də təbiətcə əxlaqsızlıqdır”.

Nasist Njde haqqında film nümayişinin elan olunması ilə əlaqədar veteranlar Baş prokurordan Rusiya Erməniləri İttifaqının nasizm və onun əlaltılarının reabilitasiyası etməsini yoxlamağı xahiş ediblər.

Qeyd edək ki, Rusiyadakı erməni diaspor təşkilatı olan “Soyuz Armyan Rossii”nin təşkilatçılığı ilə bu gün Ermənistan ordusunun yaranmasının 30 illiyi münasibəti ilə faşist Njdeyə həsr olunan filmin nümayişini keçirməyə hazırlaşırlar. Erməni diasporunun bu addımı Rusiya ictimaiyyətində etirazla qarşılanıb. Rusiya mediasında və sosial şəbəkələrdə ermənilərin bu addımına dövlət qurumlarının susqunluğu tənqid olunub.

AzVision.az



Teqlər: Nijde  





Xəbər lenti