Nazirlik narazı müəllimin problemini yoluna qoydu

Nazirlik narazı müəllimin problemini yoluna qoydu
  08 Aprel 2014    Oxunub:1073
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov mətbuatda şikayəti yayılan müəllimlə bağlı məsələyə aydınlıq gətirib. AzVision.az xəbər verir ki, nazirlik rəsmisi bildirib ki, Quba rayonunun Suxtakələ kənd məktəbinin müəllimi Lalə Məmmədlinin şikayəti ilə bağlı nazirliyin nümayəndəsi onunla görüşərək məsələsi aydınlaşdırıb.

“Müəllimənin şikayəti ilə maraqlandıq, məlum oldu ki, onun şikayəti ipoteka ilə bağlıdır. Biz də nazirlik olaraq yalnız İpoteka Fonduna tövsiyə məktubu göndərə bilərdik və bunu etdik”.

C.Valehov bildirib ki, müəllim həmçinin nazirlikdən hazırda fəaliyyət göstərdiyi Qubanın Suxtakələ kənd orta məktəbindən Sumqayıt şəhərində müvafiq orta məktəbə köçürülməyini xahiş edib: “Nazirlik təklifi dəyərləndirdi və növbəti tədris ilində o, Sumqayıtda müəllimlik fəaliyyətini davam etdirəcək”.

C.Valehov daha sonra vurğulayıb ki, peşə yönümlü ixtisas seçiminin aparılması üçün baza məktləblərinin müəyyənləşdirilməsi dünya praktikasında mövcuddur: “Digər ölkələrdə də bununla baöğlı sistemli iş aparılır. Bizdə də özəl ali mıktəblərdə bu iş təşkil edilir. Amma dövlət ali məktəblərində də bu prosesin təşkil edilməsi üçün işlər aparacağıq.”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti