Qumarxana işlədən dəstə yaxalandı

Qumarxana işlədən dəstə yaxalandı
  09 Aprel 2014    Oxunub:1207
Xaçmazda qanunsuz loto-qumarxana təşkil edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Xaçmaz rayonunda onlayn loto-qumar oyunları təşkil edən şəxsləri yaxalayaraq istintaqa təhvil verib.

Araşdırmalarla müəyyən olunub ki, Xaçmaz rayon sakini, əvvəllər də odlu silahla qətl törədərək uzun illər həbsdə yatan, 45 yaşlı Aydın Allahverdiyev bir qrup şəxslə əlbir olaraq Xaçmaz rayonu Nəriman Nərimanov küçəsi 76 ünvanda qanunsuz onlayn loto-qumarxana təşkil edib. Xaçmaz rayon sakinləri, 31 yaşlı Məmmədtağı Məmmədov, 24 yaşlı Telman Əkbərov, 31 yaşlı Elnur Kazımov, 38 yaşlı Ceyhun Bədəlov da saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.


Teqlər:  





Xəbər lenti