Sərnişinlər virusa yoluxub

Sərnişinlər virusa yoluxub
  10 Aprel 2014    Oxunub:963
Kaliforniya sahillərinə yan alan ABŞ-ın səyahət gəmisinin sərnişin heyyətindən 40 nəfəri virusa (norovirus) yoluxub.

AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, gəmi San-Fransiskoda dayanacağı zamanı göyərtədə olan 3 min sərnişinin virusa yoluxmaması üçün lazımı tədbirlər artıq görülməyə başlayıb. Gəmi təsdiq olunmuş cədvəl üzrə səyahətini davam etdirir, istiqamət Kaliforniyanın Santa-Barbara şəhərinə tərəfdir.

Norovirus həyat üçün təhlükəsi olmasa da, dünyada ən yoluxucu viruslardan sayılır. Virusun müalicəsi yoxdur. Yoluxan xəstələr sadəcə çoxlu su qəbul etməli və uzanmalıdırlar. Hesab edilir ki, xəstəlik 3-cü gün keçib-gedir.

Virusun əlamətləri qarın ağrısı, diareya və qrip simptomları ilə müşahidə olunur.





Teqlər:





Xəbər lenti