Dubay sərgisində Azərbaycan stendi

Dubay sərgisində Azərbaycan stendi
  11 Aprel 2014    Oxunub:1240
Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, təşviqat materialları paylanılıb
AzVision.az yerli mətbuata istinadən verdiyi xəbərə görə, aprelin 8-10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci ildən etibarən hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər və sərgi təşkil olunub.

4-cü İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulub.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) barədə məlumatlar yerləşdirilib.

Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, təşviqat materialları paylanılıb. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb./ANSPRESS/



Teqlər:





Xəbər lenti