Ötən gün Azərbaycanda 43 nəfər həbs edilib

Ötən gün Azərbaycanda 43 nəfər həbs edilib
  11 Aprel 2014    Oxunub:884
Ötən gün ərzində 71 cinayət faktı qeydə alınıb.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.

AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulub.


Teqlər:





Xəbər lenti