Metroda tualetlər də bağlanır

Metroda tualetlər də bağlanır
  11 Aprel 2014    Oxunub:1002
Bakı Metropoliteninin “Sahil”, “Koroğlu” və “Gənclik” stansiyalarındakı tualetlər sərnişinlər üçün qapadılıb.
Metropoliten əməkdaşlarının dediyinə görə, bu barədə Metropolitenin sədri Zaur Hüseynov tapşırıq verib. Əməkdaşlar bildiriblər ki, Metropoliteninin bütün stansiyalarındakı tualetlərdən istifadə sərnişinlərə qadağan edilib.

Metrostansiyalardakı tualetlərdən yalnız Metropolitenin işçiləri istifadə edə bilərlər (lent.az).

Məsələ ilə bağlı Metropolitenin rəhbərliyindən münasibət öyrənmək istəsək də, rəsmi şəxslərin heç biri ilə əlaqə saxlaya bilmədik.


Teqlər:





Xəbər lenti