Gülər Əhmədova: `Mən günahsızam`
Vəkil F. Nemətov apellyasiya şikayətinə xitam verilməsi, G. Əhmədova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatətlər verib. O bildirib ki, istintaq və birinci instansiya məhkəmə zamanı qanun pozuntularına yol verilib.
Vəsatətlərə münasibət bildirən G. Əhmədova vəsatətləri müdafiə etdiyini deyib. “Bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz, deputat mandatımdan imtina etməzdim. Elşad Abdullayevin vəkili, özü burda olmalı idi. Bu işdə zərərçəkən yoxdur. Elşadın mülki iddiaları təmin olunmayıb. İstəyirəm, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur. Bir il həbsdə olmağım da qurban olsun vətənim Azərbaycana”.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim bildirib ki, həmin vəsatətlər məhkəmənin ilkin baxış iclasının qərarı elan olunan zaman müzakirə olunacaq və qiymət veriləcək.
Proses aprelin 16-dək təxirə salınıb.
Teqlər: