Soyğunçular tutuldu
Naməlum şəxs Suraxanı rayonunda Pərvin İslamzadəni hədələyib 3100 manatını almışdır. Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı sakini Əli Əliyev tutulub.
Həmin rayonda Qalina Kazımovaya zor tətbiq edilərək, soyğunçuluq yolu ilə mobil telefonu alınıb. Hadisəni törədən paytaxt sakini, əvvəllər məhkum olunan İsmayıl Əhmədov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Teqlər: