Kürdəmir sakinləri qartal hücumuna məruz qalıb

Kürdəmir sakinləri qartal hücumuna məruz qalıb
  13 Aprel 2014    Oxunub:1791
Kürdəmirdə fərdi yaşayış evinin həyətinə qartal hücum edib.

AzVision.az yerli mətbuata istinadən verdiyi məlumata görə, qartal əvvəlcə həyətdə olan itə hücüm çəkib və iri caynaqları və dimdiyi ilə həyətdə olan itin gözlərini çıxarıb. Böyük Kəngərli kənd sakini Əmirxan Abışov onu tutmaq istəyərkən qartal onun da əlinə və üzünə xəsarət yetirib.

İlk öncə qartalın haradan gəlməsi bəlli olmayıb. Kəndə qartalın düşdüyü xəbəri yayıldıqdan sonra bu qartalın həmin kənd sakini Sadiq Kərimova məxsus olduğu məlum olub. Sadiq Məmmədov iki ay əvvəl qartalı boş torpaq sahəsindən ov zamanı taparaq öz həyətinə gətirdiyini və bəslədiyini bildirib. O, qartalı heyvanxanaya təhvil vermək istəmədiyini və özü saxladığını deyib. Qartal dəmir qəfəsdən təsadüf nəticəsində çıxaraq üçüb. O, ev quşu olmayan qartalı saxlamağın çətin və təhlükəli olduğunu bildirib. Ətlə qidalanan qartal özünü müdafiə etmək üçün kiməsə xəsarət yetirə bilər. Ona görə də kənd sakinləri bu vəhşi quşun azyaşlı uşaqlara xəsarət yetirəcəyindən ehtiyat edir və quşun heyvanxanaya verilməsini istəyirlər. Qartalın sahibi isə onu götürərək öz evinə aparıb. Sadiq Məmmədov qartalı kimsəyə və ya hər hansısa heyvanat parkına vermək fikrində olmadığını bildirib./ANSPRESS/


Teqlər:





Xəbər lenti