Zəvvarlarımızı Kərbalaya aparan avtobus yanıb, 41 yaralı

Zəvvarlarımızı Kərbalaya aparan avtobus yanıb, 41 yaralı
  13 Aprel 2014    Oxunub:1165
Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb.

Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat verir.

Derəxşan deyib ki, avtobusda yanğın yerli vaxtla saat 03:35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.


Teqlər:  





Xəbər lenti