Ermənistandan sığınacaq almış azərbaycanlı peşman olub
Orucovlar ailəsi hal hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. AzVision.az xəbər verir ki, Cavid Orucov BBC Azərbaycancana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bilddirib:
"Qaçqınlar üçün mərkəzində yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq..."
Teqlər: