Ər arvadını öldürdü, sonra isə intihar etmək istədi
Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də qətl hadisəsi baş verib.
Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib.
Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbləri qəbul edib. Hal-hazırda o, Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətəndirilir.
Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Teqlər: