Pasportları yanan zəvvarlarımız Vətənə qayıdacaq

Pasportları yanan zəvvarlarımız Vətənə qayıdacaq
  14 Aprel 2014    Oxunub:1048
İranda avtobus qəzası zamanı pasportları yanmış zəvvarlarımızın Azərbaycana göndərilməsində heç bir problem olmayacaq.
AzVision.az xəbər verir ki, Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə AzərTAc-a bildirib ki, İranın Ərdəbil əyalətində Məşhəd ziyarətindən qayıdan 41 zəvvarı daşıyan avtobusun yanması nəticəsində yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur.

Avtobusdakı 29 azərbaycanlı zəvvardan 9-nun pasportu yanaraq yararsız vəziyyətə düşdüyü üçün İranın Ərdəbil əyalətinin rəsmiləri və sərhəd xidməti əməkdaşları ilə birlikdə onların tez bir zamanda Azərbaycana göndərilməsi istiqamətində tədbirlər davam etdirilir. Zəvvarlarımızın göndərilməsində heç bir problem olmayacaq.


Teqlər:  





Xəbər lenti