Üzərində Hitlerin şəkli olan fincanlar satışdan çıxarıldı

Üzərində Hitlerin şəkli olan fincanlar satışdan çıxarıldı
  14 Aprel 2014    Oxunub:1406
Almaniyanın ticarət şəbəkəsi "Zurbrüggen" yanlışlıqla şəbəkəyə düşmüş Çin istehsalı Adolf Hitler fincanlarını satışdan çıxarıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 5 min fincandan ibarət partiya Honkonqdakı topdansatışçıların vasitəsi ilə sifariş verilib və martın əvvəlində Çindən Almaniyaya gətirilib. Onların yalnız 500-ü satışa çıxarılıb.

İstehsalçılar fürerin qızılgüllər arasında yerləşdirilmiş şəklini qabın üzərinə çəkiblər və onun altında ingiliscə yazılmış sevgi şeiri yerləşdiriblər.

"Buraxılmış səhvə görə, xahiş edirəm, bağışlayın, gerçəkdən, çox təəssüf edirəm. İşçilər və alıcılar məsələdən xəbərdar olmayıblar. Yəqin ki, Çin dizaynerləri öz məhsullarının üzərinə hansı motivlər qoyduqlarını anlamayıblar", - deyə jurnalistlərə şirkətin rəhbəri Xristian Surbrüqqen bildirib.

Satışa çıxarılanlardan yalnız 175 fincan satılıb və yalnız iki alıcı Hitlerin şəklinə diqqət yetirib. Surbrüqqen bildirib ki, bütün partiya məhv ediləcək. Hitlerin şəkli olan fincanları geri qaytaranlara isə o, 20 avroluq kuponlar təklif edib.

Dortmund polisi isə məsələ ilə bağlı cinayət işi qaldırmağı qərara alıb.


Teqlər:





Xəbər lenti