Ukraynalı generaldan nüvə fəlakəti xəbərdarlığı

   Ukraynalı generaldan    nüvə fəlakəti xəbərdarlığı
  31 Mart 2022    Oxunub:1620
Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) ehtiyatda olan general-mayoru, 2014-2015-ci illərdə UTX rəhbərinin müavini işləmiş Viktor Yaqun diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, "Ukrayna 24" telekanalına müsahibəsində mümkün ekoloji fəlakətdən danışıb. O, Kiyev yaxınlığında nüvə fəlakəti təhlükəsi barədə xəbərdarlıq edib.
Yaqun xatırladıb ki, Rusiya Kiyev vilayətində təşəbbüsü əldən verdiyini etiraf edib. Rusların bu istiqamətdə olan hücumları öz məqsədinə çatmayıb. Lakin bölgədən qoşunların çıxarılması halı da olmayıb.

"Kiyevə nüvə atılsa, ABŞ 15 dəqiqəyə Kremli vuracaq" – Putinin tələbə yoldaşı
- Hərbçilərimiz Rusiya qoşunlarının panika ilə geri çəkilməsini, hətta çıxarılmasını müşahidə etmir. Əksinə, onlar işğal olunmuş ərazilərdə möhkəmləniblər. Rusları şəhər hüdudlarından çıxarmaq çox çətindir. Çox güclü müqavimət göstərirlər. Amma bəzi bölmələrin tamamilə ruhdan düşməsi və həqiqətən məhv edilməsi, yenidən təşkil olunmaq üçün geri çağırıldığını təsdiqləyən faktlar var, - Yaqun deyib.

O əlavə edib ki, rusların Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığına döyüş sursatı toplaması ilə bağlı vəziyyət xeyli narahatlıq doğurur. Çünki Ukrayna hakimiyyəti nümayəndələrinin dediyi kimi, Belqoroddakı hərbi anbarların yaxınlığında baş verənləri nəzərə alsaq, məlum əraziyə yaxın da eyni fövqəladə hadisənin baş vermə ehtimalı yüksəkdir.

- Bu da çox ciddi durumdur. Yəni bilavasitə Kiyev yaxınlığında ekoloji və nüvə fəlakətinə səbəb ola biləcək çox ciddi vəziyyət yaranıb. Bu fəlakətin təkcə Ukraynaya deyil, digər ölkələrin ərazilərinə də yayıla biləcəyi ehtimalı yüksəkdir. Həmçinin bu qədər böyük sursatın ora yığılması rusların bu ərazini tərk etməyəcəyindən xəbər verir, - general əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Nüvə   General  



Xəbər lenti