Kürün suyunun azalması nəticəsində küp qəbirlər aşkarlanıb

 Kürün suyunun azalması nəticəsində küp qəbirlər aşkarlanıb
  16 Aprel 2022    Oxunub:976
Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından AzVision.az -a verilən məlumata görə, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.





AzVision.az



Teqlər:



Xəbər lenti