
|
| Təhlükədən təmizlənən “Xaçınçay” – FOTOLAR |

Amma Fərrux kəndi və eyniadlı yüksəklik ətrafında gerçəkləşdirilən əməliyyatdan fərqli olaraq, buradakı proseslər siyasi müstəvidə aparılan danışıqlar sayəsində mümkün olub.

Ağdərə istiqamətində atəşkəsdən sonra qurulan düşmən istehkamları, daha dəqiq desək, 13 post və dayaq məntəqəsi boşaldılıb, qanunsuz silahlı birləşmələrin bölmələri isə bir neçə kilometr geriləyərək, sülməramlıların arxasında gizləniblər. İndi onlar mənasız xidmət apardıqları çadırlarının üzərində heç üçrəngli əski parçasını da qaldırmağa cürət etmirlər.

Ərazini isə onlardan sonra qalan, müharibə zamanı məhv edilmiş istehkam texnikası və yanmış tanklar “bəzəyir...”

Qeyd olunmalıdır ki, Ağdərə yüksəkliklərində ordumuzun nəzarətinə keçən düşmən mövqeləri, onların ətrafı və kommunikasiyalar hələ də təhlükəli sayılmaqdadır. Çünki 44 günlük müharibə zamanı qızğın döyüşlərin getdiyi bu ərazi partlamamış sursat və erməni terrorçularının geri çəkilərkən basdırdıqları minalarla doludur.


Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün







Vaxtında, Aydın, Lazımlı!


