"Putinlə danışmaq mənasızdır" - İtaliyanın baş naziri

   "Putinlə danışmaq mənasızdır"  -    İtaliyanın baş naziri
  17 Aprel 2022    Oxunub:1485
"Putinlə danışmağın mənasız və sadəcə vaxt itkisi olduğunu söyləyənlərin haqlı olduğunu düşünməyə başlayıram". AzVision.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi ölkəsinin “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.
O, Putinin Zelenski ilə görüşmək istəmədiyini və müharibəni bitirmək niyyətinin olmadığını deyib: "Ona sülh haqqında danışmaq üçün zəng etdiyimi söylədim. Soruşdum ki, Zelenski ilə nə vaxt görüşəcək? Həll yolunu ancaq ikisinin tapa biləcəklərini dedim. O isə “Hələ vaxtı gəlməyib” cavabını verdi. Mən təkid etdim ki, atəşkəs haqqında qərar versin. Putin eyni cavabı təkrarladı".

Baş nazir bildirib ki, daha sonra Putinlə Rusiya qazının qiymətinin rublla ödənilməsindən danışıb. Bundan sonra bir neçə gün sonra əlaqə saxlamağa razılaşaraq, sağollaşıblar. Ardınca dünya Buçeadə rus ordusunun hərbi cinayətlərini görüb.

"Mən həmişə Makronu müdafiə etmişəm və Aİ prezidenti kimi onun bütün mümkün dialoq yollarından istifadəyə çalışmaqda haqlı olduğunu iddia etməkdə davam edirəm. Ancaq məndə belə bir təəssürat yarandı ki, müharibənin dəhşəti, qətliamlar, uşaqlara və qadınlara edilənlər deyilən sözlərdən və telefon zənglərindən asılı deyil”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti