Ukraynanın baş kəşfiyyatçısı: Ruslar həlledici döyüşə hazırlaşır

      Ukraynanın baş kəşfiyyatçısı:    Ruslar həlledici döyüşə hazırlaşır
  17 Aprel 2022    Oxunub:1112
"Ruslar Ukraynanın şərqində baş verəcək həlledici döyüşə intensiv şəkildə hazırlaşır, Pasxa bayramına qədər məsələni həll etməyə çalışırlar". AzVision.az xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib.
“Ruslar çox tələsirlər, çünki vaxt baxımından çox məhduddurlar. Onlar həqiqətən də Rusiyanın bu “əməliyyatda” necə qalib gəldiyini müəyyən dərəcədə göstərə biləcək ən azı bir qədər taktiki üstünlük və real taktiki nailiyyətlər əldə etmək üçün vaxt əldə etmək istəyirlər. Onlar Pasxa bayramına tələsirlər”,- deyə Ukrayna KİV-i Budanovun sözlərini sitat gətirib.

Budanov əmin edir ki, ruslar uğur qazanmayacaq, onların buna vaxtı olmayacaq və Ukrayna dayanacaq. Eyni zamanda, Budanovun fikrincə, rusların müvəqqəti taktiki qələbələri ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti