Azay Quliyev Ağdam haqqında film çəkən belçikalılarla görüşüb

Azay Quliyev Ağdam haqqında film çəkən belçikalılarla görüşüb
  16 Aprel 2014    Oxunub:1176
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında qurumun xarici QHT-lər üçün qrant proqramı çərçivəsində maliyələşdirdiyi Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Təşkilatın sədri Mişel İvor layihə çərçivəsində görüləcək işlərlə bağlı öncədən müəyyən edilən qrafikə uyğun olaraq ölkəmizdə səfərdə olduqlarını və Ağdam haqqında sənədli filmin çəkilişləri üçün hazırlıqlara başladıqlarını bildirib. “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri Mişel İvor fransız və ingilis dillərində hazırlanacaq filmin əsas məqsədinin işğal altında olan Ağdam haqqında Avropa ictimaiyyətini məlumatlandırmaq və mövcud reallıqları diqqətə çatdırmaq olduğunu deyib.

Şura sədri Azay Quliyev layihənin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq ictimaiyyətdə ədalətli və dolğun rəyin formalaşmasına xidmət edəcəyini ümid etdiyini bildirərək filmin çəkilişi üçün bütün növ köməkliklərin göstərilməsinə hazır olduqlarını qeyd edib.


Teqlər:





Xəbər lenti