Kanada Ukraynaya haubitsalar verib

   Kanada Ukraynaya haubitsalar verib
  23 Aprel 2022    Oxunub:1017
Kanada Ukraynaya 155 mm-lik M777 haubitsaları bağışlayıb. AzVision.az xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə naziri Anita Anand məlumat yayıb.
Fransa Ukraynaya müasir silahlar verib
- Kanada Ukraynanın tərəfindədir. Biz ABŞ-la əməkdaşlıq edərək Ukrayna qüvvələrinə bir neçə M777 haubitsa və müvafiq sursatı çatdırdıq, - Anand sosial şəbəkələrdə paylaşım edib.

Həmçinin, onun sözlərinə görə, Kanada Ukraynaya "Carl Gustaf" tank əleyhinə qumbaraatanları da verib. Bundan əlavə, nazir qeyd edib ki, rəsmi Ottava Ukrayna Silahlı Qüvvələrinə zirehli texnika və digər dəstək verəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kanada   Ukrayna  





Xəbər lenti