Nəsimi rayonunda qəza baş verdi

Nəsimi rayonunda qəza baş verdi
  17 Aprel 2014    Oxunub:1133
Bakının Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsində qəza baş verib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, AzVision.az qəzada "Toyota Prado" və "Hyundai Grandeur" markalı avtomobillər toqquşub.

Qəza sözügedən küçə ilə hərəkətə edən "Hyundai"nin sürücüsü Xasıyev Əşrəf Vasif oğlunun işıqforun tələbini pozması nəticəsində baş verib. Qəzada Əzimov Rafiq Əli oğlunun idarə etdiyi "Prado" aşıb. Sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Hənifə Ələsgərova küçəsində tıxac meydana gəlib. Əraziyə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki maşın evakuatorlar vasitəsilə ərazidən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.



Teqlər:  





Xəbər lenti