İrəvanda vəziyyət fransızcadır - VİDEO
// Paytaxtın Fransa meydanında barrikadalar qurulur
"Bu gündən bu meydan xalqındır, bundan sonra Ermənistanda hakimiyyət xalqındır. Biz burada çadırlar quracağıq ki, gecələyə bilək", - “Hayastan” blokundan parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib. O bildirib ki, sabah yollar bağlanacaq.
"Bazar ertəsi səhər saat 8:30-da biz irimiqyaslı itaətsizlik aksiyalarına başlayırıq. Beləliklə, indiki rəhbərliyin hakimiyyətdən məhrum edilməsi prosesi başlayır. Sabah respublikanın çoxsaylı küçə və magistralları bağlanacaq", - Saqatelyan bildirib.
O, vətəndaşları və tələbələri tətilə çağırıb və İrəvanın mərkəzinin iflic vəziyyətinə düşəcəyini qeyd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Ermənistan