Azərbaycanda 16 nəfər yanaraq ölüb - STATİSTİKA

Azərbaycanda 16 nəfər yanaraq ölüb - STATİSTİKA
  19 Aprel 2014    Oxunub:1030
Fövqəladə Hallar Nazirliyi 2014-cü ilin birinci rübündə baş verən hadisələrlə bağlı statistikanı açıqlayıb.
Nazirlikdən AzVision.az-a daxil olan məlumata görə, 2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər həlak olub, 55 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.

2014-cü ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2064 çıxış edilib. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar – 596 çıxış, açıq sahələrdə yanğınlar –1000 çıxış, nəqliyyat vasitələrində yanğınlar –74 çıxış, digər yanğınlar - 394 çıxış təşkil edib.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur.

2014-cü ilin I rübü ərzində respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti