![]() |
Paşinyan ailəsi reketçilik edirmiş: Akopyanın fondu ifşa olundu |
"Anna Akopyan “Müharibə iştirakçılarının peşəkar potensialının üzə çıxarılması” xeyriyyə layihəsinə 39,02 milyon dram xərcləyəcək. Bu layihə çərçivəsində 44 günlük müharibə nəticəsində əlil olmu. və Şirak bölgəsindən olan hərbi qulluqçular üçün peşə hazırlığı düşərgələri təşkil olunacaq. Bu layihənin ən diqqətçəkən tərəfi odur ki, Anna Akopyan proqramdan neçə nəfərin keçəcəyini açıqlamır.
Bu arada, digər təşkilatların xeyriyyə proqramlarında bunun əksidir. Məsələn, bu ilin 25 fevral tarixli 120-A nömrəli qərar ilə SOS "Uşaq Kəndləri" Fondunun çətin həyat şəraitində olan yeniyetmə və gənclər üçün olan “Uzunmüddətli, qısamüddətli qayğı və təhsil” proqramı xeyriyyəçilik layihəsi kimi tanınıb. Açıq şəkildə göstərilir ki, proqramın benefisiarları çətin həyat şəraitində olan və “Kotayk” və “İcan” filiallarında “SOS Uşaq Kəndləri” proqramının həyata keçirilməsində iştirak edən şəxslər 15-23 yaşlı yeniyetmə və gənclər olacaq. Onların sayı isə 56 nəfərdir", - müəllif araşdırmasında yazıb.
İddia olunur ki, Paşinyan ailəsinin belə layihələrdə rəqəmləri gizlətməsi çirkli pulların fonda adı altında yuyulmasından xəbər verir.
Tural Tağıyev
AzVision.az