Bakı-Quba yolunda avtomobil aşdı: yaralılar var

Bakı-Quba yolunda avtomobil aşdı: yaralılar var
  20 Aprel 2014    Oxunub:1060
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində, daha dəqiqi, Taxta Körpüyə çatmamış "VAZ 21010" markalı avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sərnişinlər ağır xəsarətlər alıblar. Onlar təcili xəstəxanaya çatdırılıblar. Hadisə şahidlərinin verdikləri məlumata görə, sürücü xəsarət alsa da, hadisə yerini tərk etməyib. Sumqayıt sakini olduğunu bildirən sürücü qəzaya səbəb kimi qarşısına "KamAZ" markalı maşının çıxmasını göstərib.

Yaralı halda xəstəxanaya aparılan sərnişinlərdən biri sürücünün anası olub.

Hadisə yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıblar.


Teqlər:





Xəbər lenti