Qusarda avtobus aşdı

Qusarda avtobus aşdı
  22 Aprel 2014    Oxunub:2310
Bakı-Rusiya yolunun 188-ci kilometrliyində, Qusar rayonunun Lanqu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
1962-ci il təvəllüdlü Gəncə şəhər sakini Əliyev İlqar idarə etdiyi “Mercedes” markalı avtobus aşıb.

Sürücünün bildirdiyinə görə, avtobusun qarşısına cixan avtomobil qəzanın baş verməsinə səbəb olub. Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hadisə yerinə gələn təcili yardım iki nəfərə yardım göstərib. Yol nəqliyyat qəzası ilə bağlı BDYP-də istintaq başlanib.
ANS


Teqlər:  





Xəbər lenti