Yağış Gəncədə 2 evi yararsız hala saldı

Yağış Gəncədə 2 evi yararsız hala saldı
  23 Aprel 2014    Oxunub:949
Gəncədə yağış suları ciddi fəsadlara yol açıb.
Məlumata görə, saat 19:00 radələrində müşahidə olunan yağışlı hava evlərə ziyan vurub. Yarım saata yaxın davam edən leysan nəticəsində küçələri su basıb, yağış suları evlərin zirzəmisinə dolub.

Şəhərin Dadaş Bünyadzadə küçəsindəki 16 və 17 saylı evlərə isə yağıntı daha böyük ziyan vurub. Hər iki evin həyətyanı sahəsi və ev özü su içindədir.

Hazırda FHN-in müvafiq strukturları ərazidə qabaqlayıcı tədbirlər görür. Hadisə yerinə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti də cəlb edilib. /Kəpəz TV/


Teqlər:





Xəbər lenti