Rus hərbçilər əllərinə keçən hər şeyi oğurladılar- VİDEO

   Rus hərbçilər əllərinə keçən hər şeyi oğurladılar-    VİDEO
  14 İyun 2022    Oxunub:1846
Ukrayna mediası Rusiya hərbçilərinə aid yeni görüntülər yayıb. AzVision.az xəbər verir ki, sosial obyektlərin, əsasən marketlərin təhlükəsizlik kameralarına düşən görüntülərdə hərbçilərin qapıları sındıraraq oradan oğurluq etməsi aşkar görünür.
Ukraynanın elit bölməsi xeyli sayda texnikanı külə döndərdi - VİDEO
Saytlar yazır ki, zatən rusların nəzarətində olan şəhər və qəsəbələrdə yaşayan ukraynalılar hərbçilərin istədiyi hər şeyi könülsüz şəkildə də olsa onlara vermək məcburiyyətində qalıblar. Qapını sındırıb oğurluq etmək isə nə zabit şərəfinə yaraşır nə də ümumilikdə əli silahlı hərbçiyə.

"Oğurluq hallarını əks etdirən video Sumı rayonunda müşahidə kameraları tərəfindən qeydə alınıb. Müdafiəçilərimiz sayəsində artıq işğalçılar orada yoxdurlar. Amma onların "xatirəsi" videoda qorunub saxlanılır. Əvvəlcə irqçilər "qəhrəmancasına" mağazanın qapısını sındırıblar, sonra isə onun rəflərini “denaçifikasiya” etməyə başlayıblar. Gördükləri hər şeyi oğurladılar: batareyalardan tutmuş ətirlərə qədər. Oğurladıqlarını yığmaq üçün çantaları da elə oradaca mağazadan götürüblər. Rusiya rəhbərliyi isə dünyanın ikinci ordusu haqqında analoqu olmayan cəfəngiyyatlar uydurur. Reallıqda rus əsgərlərinin yalnız bir hədəfi var – qatillik və talançılıq", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Oğurluq  



Xəbər lenti