“Mən onu bir şəxsiyyət kimi tanımışam” - Leyla Əliyeva

“Mən onu bir şəxsiyyət kimi tanımışam” - Leyla Əliyeva
  24 Aprel 2014    Oxunub:1685
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi facebook səhifəsində babası, mərhum prezident Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
AzVision.az-ın məlumatına görə, Leyla Əliyeva paylaşdığı ailə fotosu haqda bunları deyib.

“Mən indi başa düşürəm ki, nə qədər böyük bir insana yaxın olmuşam və nə qədər böyük bir insanla söhbətlərim olub. Hətta onunla beş dəqiqə söhbət edənlər belə ondan çox qiymətli dərs ala bilirdilər. Amma mən onu hər gün görürdüm. Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi o, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən. Mən onu səhv etməyən və hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç nə olmamışdır. Buna görə də düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa ona nail olacaqsan”.

AzVision.az


Teqlər:  





Xəbər lenti