Binanın zirzəmisində top mərmisi tapıldı

Binanın zirzəmisində top mərmisi tapıldı
  25 Aprel 2014    Oxunub:976
Aşkarlanmış sursatın 1 ədəd təlim-tədris təyinatlı 100 mm-lik top mərmisi olduğu müəyyən olunub.
Bakıda döyüş sursatı aşkarlanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda inzibati binanın zirzəmisində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşkarlanmış sursatın 1 ədəd təlim-tədris təyinatlı 100 mm-lik top mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər tərəfindən əraziyə baxış keçirilib və digər döyüş sursatları aşkar edilməyib.


Teqlər:





Xəbər lenti