İrəvanda əsgər valideynləri yenidən aksiya keçiriblər

   İrəvanda əsgər valideynləri yenidən aksiya keçiriblər
  06 İyul 2022    Oxunub:997
44 günlük müharibə zamanı Qarabağda öldürülmüş erməni əsgərlərin valideynləri yenidən Ermənistan Baş Prokurorluğunun binası qarşısında aksiya keçiriblər. AzVision.az xəbər verir ki, onlar dövlətə xəyanət işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb ediblər.
İrəvanda əsgər valideynləri ilə polis toqquşdu - VİDEO
- Bir aydan çoxdur ki, hazırda İstintaq Komitəsi tərəfindən araşdırılan işdə irəliləyiş yoxdur. Biz bu struktura etibar etmirik və işin təhvil verilməsində israrlıyıq, - öldürülən əsgər Edqar Zakarianın atası Sevak Zakarian deyib.

O əlavə edib ki, baş prokuror Artur Davtyan vədini yerinə yetirməli və istefaya gedənə qədər işi başqa struktura ötürməlidir. Valideynlər yeni baş prokuror Anna Vardapetyanın qərəzsizliyinə də inanmadıqlarını deyiblər.

Digər ölən əsgər Arman Azatyanın atası Vigen Azatyan əminliyini ifadə edib ki, onların tələbi yerinə yetiriləcək və müharibə qurbanlarının yaxınları radikal tədbirlər görmək məcburiyyətində qalmayacaqlar. Eyni zamanda o, qeyd edib ki, baş nazir Nikol Paşinyan şəxsən obyektiv araşdırmadan qorxduğu üçün işin Milli Təhlükəsizlik Xidmətinə verilməsinə mane olur.

Xatırladaq ki, aprelin 18-də müharibədə öldürülmüş hərbçilərin valideynləri Baş Prokurorluğa Paşinyanın çıxışı zamanı əraziləri hərbi əməliyyatlar olmadan təslim edə biləcəyi ifadəsi işlətməsinə dair cinayət işinin açılması və istintaqa başlanması tələbi ilə müraciət ediblər. Çünki o, torpqların döyüşlərsiz təslim edilməsini rədd edərək, minlərlə insanın ölümündə günahkar olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Paşinyan  





Xəbər lenti