“İctimai fəal yox, ictimai virussan!” - Corcdan Bəxtiyar Hacıyeva cavab

   “İctimai fəal yox, ictimai virussan!” -    Corcdan Bəxtiyar Hacıyeva cavab
  07 İyul 2022    Oxunub:1211
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova dövlət tərəfindən ev verilməsi birmənalı qarşılanmır. Sosial şəbəkə istifadəçiləri bunu tənqidlə qarşılayırlar.
Belə şəxslərdən biri də ictimai fəal Bəxtiyar Hacıyev olub. O, Sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarını sərt formada tənqid edib, həmin mənzilin şəhid ailələrinə verilməsini tələb edib.

Corc Qafarov da posta rəy yazaraq Bəxtiyar Hacıyevi “virus” adlandırıb:

“Boş-boş, bilib-bilmədən yazma da! Mənim durumum necədir, xəbərin var? Evim var? Harada qalıram? Necəyəm, xəbərin var? Yoxdursa, ictimai fəal deyil, ictimai VİRUSSAN!”

AzVision.az


Teqlər:





Xəbər lenti