Rusiya 133 gündə ilk dəfə hərbi uğurlarını açıqlamadı: İlginc səbəb

   Rusiya 133 gündə ilk dəfə hərbi uğurlarını açıqlamadı:    İlginc səbəb
  07 İyul 2022    Oxunub:1115
Rusiya Müdafiə Nazirliyi fevralın 24-dən hər gün ərazilərlə bağlı "nailiyyətləri" haqqında hesabat verir. Lakin iyulun 6-da Ukraynaya qarşı 133 günlük müharibədə ilk dəfə olaraq heç bir bəyanat və ya qiymətləndirmə olmayıb. Bu, rusların "əməliyyatlarda fasilə" götürdüyünü göstərir.
"Rusiyanın məşhur generalı desant itkilərinə görə qovulub" - ISW
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb. ISW analitikləri xüsusilə qeyd ediblər ki, Rusiya Müdafiə Nazirliyi iyulun 3-də Lisiçanskın mühasirəyə alınmasından sonra heç bir yeni ərazinin ələ keçirilməsi və ya quru qoşunlarının hərəkəti barədə açıqlama verməyib.

Məlumatda o da vurğulanır ki, iyulun 6-da rus qoşunları qurudan bütün istiqamətlərdə məhdud və uğursuz hücumlar da həyata keçirib. Bu cür cəhdlər isə Rusiyanın "əməliyyat fasiləsi" ilə bağlı davranışlarına uyğun gəlir. Yəni, belə gedişat aktiv döyüş əməliyyatlarının tam dayandırılmasını nəzərdə tutmur. Rusiya qüvvələri bundan sonra daha geniş hücum əməliyyatlarına şərait yaratmaq və lazımi döyüş gücünü bərpa etmək üçün nisbətən kiçik hücum əməliyyatları ilə məhdudlaşacaqlar.

Həmçinin analitiklər rus qoşunlarının Xerson vilayətinin şimal-qərbində uğursuz quru hücumu həyata keçirmələrinə də diqqət çəkiblər.

ISW-nin məlumatına görə, rus qoşunları Nijni Novqorod vilayətinin Mulino şəhərində yeni hərbi hissə yarada bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Əməliyyat   Müharibə  





Xəbər lenti