Ermənistanda müharibə iştirakçılarının fotoları yandırıldı - FOTOLAR |
Qeyd edək ki, ötən gün 37 yaşlı Aram Kələntəryan sosial şəbəkədəki səhifəsində əlillik dərəcələrinin verilməsi ilə bağlı problem qaldırıb ki, bu da ölkə mediasında qızğın müzakirələrə səbəb olub. O, 44 günlük Qarabağ müharibəsi nəticəsində ayağını itirib. Əvvəlcə ona aylıq kompensasiya ödənilməklə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilib. Bu yaxınlarda isə Kələntəryan üçüncü dərəcəli əlillik dərəcəsinə layiq görülüb və nəticədə o, Hərbi Sığorta Fondundan maliyyə dəstəyini itirib.
Bu olaya cavab olaraq Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan vəziyyətlə tanış olduğunu deyib. Eyni zamanda, o vurğulayıb ki, əlillik qrupu müəyyən edilərkən müəyyən müddət var ki, hərbi qulluqçu təkrar müayinədən keçməlidir. Müayinənin nəticəsi qeyri-qənaətbəxş olarsa, vətəndaşlar ikinci ekspertiza üçün müraciət edə bilərlər. Bu kifayət etməsə, nazirliyə müraciət edə, sonra isə qərardan məhkəməyə şikayət edə bilərlər.
Tural Tağıyev
AzVision.az