Ötən gün 18 nəfər həbs edilib - KRİMİNAL

Ötən gün 18 nəfər həbs edilib - KRİMİNAL
  26 Aprel 2014    Oxunub:1019
Aprelin 25-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 57 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 18 nəfər tutulub.


Teqlər:





Xəbər lenti