Tərtərli gəncin meyiti Beyləqanda tapıldı

Tərtərli gəncin meyiti Beyləqanda tapıldı
  26 Aprel 2014    Oxunub:1193
Beyləqan rayonunun Daşburun kəndi ərazisində su kanalından 16 yaşlı oğlanın meyiti tapılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan gəncin Tərtər rayon sakini Ağayev İbrahim Fərhad oğlu olduğu müəyyən edilib. Şahidlərin sözlərinə görə, İ. Ağayev Beyləqan rayonu ərazisində ucuz qiymətə xırdavat mallarının səyyar satışı ilə məşğul olub. Onun hansı səbəbdən kanala düşdüyü yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Teqlər:





Xəbər lenti