Bakıda inzibati bina və avtomobil yandı

Bakıda inzibati bina və avtomobil yandı
  28 Aprel 2014    Oxunub:1092
Bakıda inzibati bina və minik avtomobili yanıb.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 600 kv.m olan birmərtəbəli 14 otaqdan ibarət inzibati binanın 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti