Danielyandan müharibə xəbərdarlığı: "Ölkəmiz Ukraynadan betər ola bilər"

      Danielyandan müharibə xəbərdarlığı:    "Ölkəmiz Ukraynadan betər ola bilər"
  28 İyul 2022    Oxunub:2291
Ermənistanın tanınmış politoloqu Stepan Danielyan yerli mediaya diqqət çəkən açıqlamalar verib. O, erməni cəmiyyətini ehtimal olunan dəhşətli müharibə ilə bağlı xəbərdar edib.
"Nəinki Zəngəzur, ölkəmiz özü dəhlizə çevrilir"- Erməni politoloq
AzVision.az xəbər verir ki, politoloq televiziyada çıxışı zamanı İrəvanın başının dərddə olmasını və proseslərin xaricdən idarə edilməsini açıqlayıb.

- Ermənistanla Azərbaycan arasında yeni müharibənin olmasını istəyən xarici qüvvələr var. Onlar bu müharibəyə daha ciddi regional qüvvələri cəlb edirlər və bizdə Ukraynadan da daha ağır vəziyyət yarana bilər, - Danielyan 168TV-nin efirində deyib.

O, strateji müttəfiqlik anlayışının da sıradan çıxdığını deyərək üstüörütülü şəkildə Moskvaya söz atıb.

- Biz çox sadə bir prinsipi başa düşməliyik. Dost və ya düşmən anlayışı yoxdur. Hər birinin öz maraqları olan ölkələr var. Həmçinin strateji müttəfiqlik haqqında olan köhnə fikirlər indi mövcud deyil. Əvvəllər ikiqütblü dünya olarkən və hər iki qütbün ideoloji olduğu dövrdə strateji müttəfiqlik anlayışı mövcud olduğunu söyləyə bilirdik. Deməli o zaman müəyyən mənada müttəfiqlik münasibətləri də mövcud idi, - politoloq qeyd edib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən rəsmi İrəvan bir neçə dəfə siyasi və hərbi təxribatlara əl atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə   Politoloq  



Xəbər lenti