Hüquqşünasları Konfederasiyası beynəlxalq konfrans keçirəcək

Hüquqşünasları Konfederasiyası beynəlxalq konfrans keçirəcək
  28 Aprel 2014    Oxunub:1618
Azərbaycan Hüquqşünasları Konfederasiyası və Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ilə 30 aprel 2014-cü il tarixində Bakı şəhərindəki “Qafqaz Point” otelində (ünvan: Yasamal rayonu, K.Kazımzadə küçəsi, 118, 560-cı məhəllə) “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans təşkil olunacaq.
Beynəlxalq Konfransın işində iştirak etmək məqsədi ilə Azərbaycana çox nüfuzlu hüquq birliklərinin rəhbərləri səfər edəcək. Bu şəxslər sırasında, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin Prezidenti Nicholas Fluck, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının Sədri Adrian Hughes, Turkiyə-Britaniya Ticarət Palatasının sədri Emma Edhem və sair tanınmış şəxslər var. Bundan başqa, Beynəlxalq Konfransda milli hüquq ictimaiyyətinin də nüfuzlu nümayəndələri iştirak edəcək.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının Sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Əli Hüseynli, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin Prezidenti Nicholas Fluck, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri, Milli Məclisin deputatı Azay Quliyev, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının Sədri Adrian Hughes, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədr müavini Rəvan Məhərrəmov çıxış edəcəklər.


Teqlər:  





Xəbər lenti