İrəvanda "Kokbelyan müəmması" davam edir

İrəvanda    "Kokbelyan müəmması"    davam edir
  30 İyul 2022    Oxunub:916
Ermənistanın hüquq-mühafizə orqanları artıq üç gündür ki, yoxa çıxmış Xaçatur Kokbelyanın atasını tapa bilmir. AzVision.az xəbər verir ki, bu gün erməni mediası Xaçaturun atasının aradan götürülməsi ehtimalının artdığını yazıb.
Erməni siyasətçinin atası müəmmalı şəkildə yoxa çıxdı
“Joğovurd” qəzetinin yaydığı məlumata görə yaşlı kişinin itməsi müəmmalı məsələdir

"Hüquq-mühafizə orqanları sabiq deputat və tanınmış siyasətçi Xaçatur Kokobelyanın atasını hələ də tapa bilmirlər. Bu gün üçüncü gündür ki, aidiyyəti qurumların əməkdaşları onu axtarırlar. İstintaq Komitəsi eks-deputat Xaçaturun valideyninin itkin düşməsi ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi - başqasının həyatına son qoyma və ya qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə sistemində məlum olayla bağlı müxtəlif fərziyyələr irəli sürülür və istintaqa xələl gətirməmək üçün hələ ki, bu fərziyələri dərc etmirik”, - nəşr yazıb.

Bəzi saytlar yaşlı adamın özünün evdən getməsi ehtimalını irəli sürsələr də, müxalif nəşrlər cinayət işinin siyasi sifariş olmasını istisna etmirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti