İraqda etirazlar zamanı yaralananların sayı 60-a çatıb

İraqda etirazlar zamanı yaralananların sayı 60-a çatıb
  30 İyul 2022    Oxunub:434
İraqın paytaxtı Bağdadda keçirilən etiraz aksiyaları zamanı yaralanan və xəsarət alanların sayı 60 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik qüvvələri Bağdadda hökumətin "yaşıl zonası"nın ətrafına çəkilmiş beton hasara basqın edən nümayişçilərə qarşı gözyaşardıcı qazla atəş açması nəticəsində bəzi şəxslərdə boğulma əlamətləri müşahidə edilir. Bundan başqa, bir neçə nəfər rezin güllələrdən yaralanıb.

Qeyd edək ki, İraqda ötən ilin oktyabrında keçirilən erkən parlament seçkilərindən bəri davam edən hökumət böhranı fonunda Bağdadda kütləvi nümayişlər dünən yenidən alovlanıb.

AzVision.az

Teqlər:







Xəbər lenti