Baydeni yenidən kovid tutub

Baydeni yenidən kovid tutub
  30 İyul 2022    Oxunub:1421
ABŞ Prezidenti Cozef Bayden yenidən koronovirusa yoluxub.
AzVision.az xəbər verir ki, bu barədə Bayden özünün tvitter hesabında yazıb.

“Dostlar, bu gün yenidən COVID üçün verdiyim test müsbət çıxıb. Bu, çox az sayda insanlarda olur. Heç bir əlamət yoxdur, amma ətrafımdakı hər kəsin təhlükəsizliyi üçün özümü təcrid edəcəm. Mən hələ də işdəyəm və tezliklə yoluma davam edəcəyəm”, - Bayden yazıb.

AzVision.az



Teqlər: Bayden   Kovid  





Xəbər lenti