İqtisadi çətinlik Avropanın birliyini poza bilər - “Financial Times”

   İqtisadi çətinlik Avropanın birliyini poza bilər -    “Financial Times”
  31 İyul 2022    Oxunub:2666
Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı mövqe birliyi inflyasiyanın artması və mümkün enerji qənaəti tədbirləri fonunda ciddi sınaqla üzləşib. “Financial Times” qəzeti yazır ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Avropa İttifaqının “vahid cəbhə nümayiş etdirməsi” əhəmiyyətli hadisə idi, lakin artan inflyasiya, yaşayış minimumu böhranı və enerji böhranı ilə mübarizə aparmağa məcbur olan Avropa liderləri çətin sınaq qarşısındadırlar.
Məqalənin müəllifləri belə bir sual veriblər: Aİ dövlətlərinin liderləri “müdafiəni davam etdirə” biləcəklər, yoxsa qəzəbli istehlakçıların etirazları onları Moskvaya qarşı düşmən münasibətlərini yumşaltmağa məcbur edəndə həmrəylikləri də pozulacaq?

Məqalədə deyilir: “Bəzi əlamətlərə görə, bu birlik ən azı enerji məsələsində o qədər də güclü görünmür”.

Yada salaq ki, bundan öncə “Yahoo News Japan” nəşri qarşıdakı qış mövsümünün Avropa iqtisadiyyatı və onun birliyi üçün həlledici dövr olacağını yazmışdı.

Nadir Quliyev
AzVision.az



Teqlər: Avropa-Birliyi  





Xəbər lenti