“Sanksiyalar Putini gücləndirir” - “The Guardian”

“Sanksiyalar Putini gücləndirir” -    “The Guardian”
  31 İyul 2022    Oxunub:1286
“The Guardian” əmindir ki, Qərb ölkələrinin Moskvaya qarşı apardığı iqtisadi müharibə əks nəticə verir və Rusiya prezidenti Vladimir Putinin mövqeyini gücləndirir. Qəzetdə bununla bağlı dərc olunan məqalənin müəllifi Saymon Cenkinsin fikrincə, anti-Rusiya sanksiyaları çağdaş tarixin ən pis düşünülmüş və əks-məhsuldar qərarıdır.
İqtisadi çətinlik Avropanın birliyini poza bilər - “Financial Times”
"Onlar Putini daha da gücləndirdilər: Rusiya Asiya ölkələrinə ixracatı artırdı, bu da onun tədiyyə balansında görünməmiş profisitə səbəb oldu, rubl yanvar ayından etibarən, demək olar ki, 50% möhkəmlənərək bu il ən güclü dünya valyutalarından birinə çevrildi", - müəllif yazır.

Cenkins Qərb ölkələrinin tənəzzülə sürükləndiyinə də diqqət çəkib. "Böyük Britaniya, Fransa, İtaliya və ABŞ-da inamsızlıq yayılıb", - o yazıb.

Nadir Quliyev
AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti