"Rusiya ilə mübarizədə heç kim Kiyevə şans vermədi" - Polşanın baş naziri
- Rusiya Ukraynanı məhv edə bilməyəcək... Döyüşə qatılmayanlar elə başlanğıcdaca uduzurlar. Kim ki, döyüşə girir özünə sağ qalmaq şansı verir. Bu, şübhəsiz ki, Ukraynaya qarşı müharibədə dərsdir, - Baş nazir vurğulayıb.
Polşa hökumətinin başçısı onu da xatırladıb ki, Varşava üsyançıları azadlıq və əsarət arasında seçim etmədilər. Onlar azadlıq və məhv olmaq arasında seçim etdilər.
- Çünki itaət xalqımızın məhvinə razılıq demək idi,- Moravetski qeyd edib.
Onun sözlərinə görə, fevralın 24-də müqavimət və mübarizə tamamilə mənasız görünürdü.
- Ukrayna bir neçə günə süqut etməli idi, keçmiş imperiyaya qarşı heç kim ona şans vermədi, - Polşa rəhbəri deyib.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


