Rusiya XİN xarici ölkələrə muzdlularla bağlı xəbərdarlıq etdi

   Rusiya XİN xarici ölkələrə muzdlularla bağlı xəbərdarlıq etdi
  01 Avqust 2022    Oxunub:1047
Ukraynadan ölkələrinə qayıdan əcnəbi döyüşçülər orada da təhlükə yaradırlar. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktoru Vladimir Tarabrin deyib.
- Ukraynada hərbi təcrübə qazanmış əcnəbi döyüşçülər əgər ölməsələr, sonda öz ölkələrinə qayıdacaqlar ki, nəticədə də orada təhlükəsizlik üçün daha böyük təhlükələr yaradacaqlar, - diplomat vurğulayıb.

O qeyd edib ki, bu cür vəziyyət Moskvada da narahatlıq yaradır. Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq əlaqələrdə bu məsələni gündəmə gətirir.

- Biz belə bir təcrübənin yolverilməzliyində israr edirik və bunu qətiyyətlə davam etdirəcəyik- Tarabrin qeyd edib.

Xatırladaq ki, iyulun 12-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, müharibə başlayandan bəri Ukraynaya 60-dan çox ölkədən muzdlular gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti