"Kosovo hadisəsi Krımla eynidir" - Denisenko

   "Kosovo hadisəsi Krımla eynidir" -    Denisenko
  01 Avqust 2022    Oxunub:1362
Ukrayna heç bir halda Kosovonun müstəqilliyini tanımamalıdır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə görə, hazırda internetdə Ukraynanın Kosovonun müstəqilliyini tanıyıb-tanımaması ilə bağlı müəyyən fikirlər yayılır. Lakin Denisenko hesab edir ki, bu, rus botlarının işidir.

- Xeyr, qətiyyən mümkün deyil. Bunu ya "faydalı" axmaqlar, ya da rusiyapərəst botlar edir. Kosovo hadisəsi Krımla eynidir. Əgər biz Kosovonu tanıyırıqsa, ondan sonra deməliyik ki, Ukrayna Krımı ilə bağlı mövqeyimiz daha zəifdir,- Denisenko qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kosovo   Ukrayna  



Xəbər lenti