Almaniya liderliyini itirir - “Bloomberg” |
Məqalə müəllifinin fikrincə, Almaniya kansleri Olaf Şolzun qətiyyətsiz siyasəti və onun Rusiya enerji məhsullarından asılılığın azaldılmasında ləngliyi belə acınacaqlı vəziyyətə gətirib çıxarıb.
"İndi şəhərlər məhdudiyyətlər tətbiq etməyə məcburdur. Berlindəki prezident sarayı artıq gecələr işıqlandırılmır. Hannover üzgüçülük hovuzlarında və idman zallarında duş qəbul etmək üçün isti suyu kəsiblər, bütün ölkə üzrə bələdiyyələr insanları soyuqdan qorumaq üçün qızdırıcıları olan sığınacaqlar hazırlayır. Bu, bütün Avropanı bürüyəcək böhranın yalnız başlanğıcıdır", - məqalədə yazılıb.
Eyni zamanda, müəllif qeyd edib ki, Bundestaqın alternativ enerji təchizatı ilə bağlı səyləri uğursuzluğa düçar olur.
Məqalədə həmçinin elektrik enerjisi çatışmazlığı halında sosial iğtişaş təhlükəsi barədə də xəbərdarlıq edilib.
Nəşrin istinad etdiyi Köln İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, təxminən hər dörd almandan biri "enerji yoxsulluğuna" düçar olub. Bu isə o deməkdir ki, enerji qiymətlərinin artması sakinlərin digər xərclərini ödəmək imkanlarına təsir edir.
Üstəlik, materialda qeyd olunur ki, təbii qaz çatışmazlığı hökuməti fövqəladə vəziyyət tətbiq etməyə sövq edə bilər.
"Belə olan halda, dövlət yanacağın paylanmasını nəzarətə götürəcək", - nəşr yazır.
Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə qoşun yeridəndən sonra əksər Avropa ölkələri Moskvaya qarşı sərt iqtisadi-siyasi tədbirlər gördülər. Cavabında isə Kreml qaz satışı siyasətində dəyişikliklər edib. Bu isə bir sıra Avropa dövlətləri üçün ciddi problemlər yaradıb.
Tural Tağıyev
AzVision.az